Bu kitabı təqdim edirəm: –Hər yerdə olan müsəlmanlara; –Zülm altında inləyən insaniyyətə; –Azad vicdanlara; –Bütün dünyaya. Qoy bilsinlər ki, Allah Evi ziyarətçiləri necə təhqirlər, əziyyətlər, xarlıqlar, hörmətsizliklər, bədrəftarlıqlar və kobudluqlar görürlər;
Vəhhabilər Allahdan qeyrisinə nəzr verilməyin haram olması əqidəsindədirlər. Çünki bu əməl müşriklərin bütlər üçün nəzr etdikləri əmələ daha çox oxşayır. Əsasən Allahdan qeyrisinə nəzr vermək, nəzr verən şəxsin nəzr verilən şəxsə xüsusi etiqad və təzim baxımından haram bir işdir.
Artıq iki əsrdən çoxdur ki, qondarma Vəhhabi məzhəbi dağıdıcı həşərat kimi dinin canına düşmüşdür. Hansı ki, bu məzhəb sağlam zəkanın qəbul etdiyi normalarla, yaradılışdan gələn fitri meyllərlə heç bir şəkildə uyuşmur.
Həzrət Fatimə (s) haqqında nəql edilmişdir: “O, həmişə şəhidlər ağası Həmzə və digər Ühüd şəhidlərinin qəbrini hər cümə və ya həftədə iki dəfə ziyarət edirdi. Bu əməl Həzrət Peyğəmbərin (s) mübarək həyatı zamanı baş verirdi.
Artıq iki əsrdən çoxdur ki, qondarma Vəhhabi məzhəbi dağıdıcı həşərat kimi dinin canına düşmüşdür. Hansı ki, bu məzhəb sağlam zəkanın qəbul etdiyi normalarla, yaradılışdan gələn fitri meyllərlə heç bir şəkildə uyuşmur.
Vәhhаbilәr Аllаhın şәfаәt hаqqı vеrdiyi kimsәlәrdәn (pеyğәmbәrlәr, әmәlisаlеhlәr, mәlәklәr vә s.) şәfаәt dilәyәnlәri kаfirlikdә ittihаm еdir, еlә bunа görә dә оnlаrın әmlаkını, qаnının ахıdılmаsını hаlаl hеsаb еdirlәr. Mәhәmmәd ibn Әbdül-Vәhhаb dеyir: "Әgәr şәfаәt dilәyәnlәrin mәqsәdi mәlәklәrdәn, pеyğәmbәrlәrdәn vә övliyаlаrdаn şәfаәt dilәmәkdirsә, (hаnsı ki bununlа Аllаhа yахınlаşmаq istәyirlәr) bu оnlаrın әmlаkının, qаnının ахıdılmаsının hаlаl оlmаsınа sәbәb оlur.
Vəhhabilik zahirpərəst, təxribatçı və fitnə-fəsad törədən bir məzhəbdir ki, yarandığı vaxtdan etibarən həmişə İslam aləmində acınacaqlı vəziyyətlər yaratmışdır.
Dediyim bu məsələlər ümumi olaraq, Quran terminində gözəl həyat adlanır: "Xoş həyat nəsib edəcəyik". Gözəl həyat odur ki, yaşayış maddi iş tərzini və fiziki ehtiyacları, eləcə də elmi, praktik və mənəvi ehtiyacları təmin etsin. Bu şərafətli ayəyə qayıdacağam.
Mənim fikrim budur ki, bu söz birləşməsinin, mənəvi dəyər ifadə edən “cihad” sözünün elm, bilik və universtetlə birləşməsinin mesajı vardır. Bu onu göstərir ki, cihad elmi və həmçinin elm cihadı vardır.
Əvvəl öz qəlbimizlə əlaqə yaratmalıyıq. Bu, mühüm məsələdir. Tənbəllik etməsək, bəlkə çox da çətin olmaz.
Toxunmaq istədiyim iki məqamdan biri budur ki, Azadlıq məfhumu üçün bizim şüarlarımızdan olan istiqlaliyyətdən istifadə etməliyik; yəni müstəqil düşünək, düşüncədə təqlidçi olmayaq.
Allaha şükür olsun ki, bu narkomanlıq və sərxoşluq vəziyyəti bitdi, xalqımız özünə gəldi, möhtəşəm iniqilab bizi ayıltdı. Bu gün bizim gənclərimiz bu yolla sürətlə irəliləməli və qaçmalı olduqlarını hiss edirlər.
Biz İslam hökuməti qurmaq üçün inqilab etdik. Amma insanların bu hökumət barədə təsəvvürləri bir o qədər də dəqiq deyildi. Onların malik olduğu ümumi təsəvvür zalım rejimi devirmək üçün bəs etsə də, bu üsul-idarənin hifzi üçün yetərli deyil
Go to TOP