Mürtəza Mütəhhəri 1920-ci ildə Xorasan vilayətinin Fəriman kəndində ruhani ailəsində dünyaya gəlib. Onun atası şeyx Məhəmmədhüseyn Mütəhhəri dövrünün savadlı və təqvalı ruhanisi olub. Mürtəza Mütəhhəri doğulduğu qəsəbədə ilkin təhsilini alsa da, 12 yaşında Məşhəd şəhərinə gələrək mədrəsə təhsili almağa başlayır. 4 il Məşhəddə təhsil aldıqdan sonra gələcəyin böyük ustadı elm ardınca dövrün böyük İslam elmi hövzəsi olan Qum şəhərinə yollanır.

Xacə Nəsirəddin Əbu Cəfər Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi və ya qısaca Nəsirəddin və ya İranlı filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi, ilahiyyatçı və hüquqşünas, dövlət xadimi. Alimin yaradıcılığı ensiklopedik səciyyə daşıyır. Marağada yaşamış və fəaliyyət göstərmişdir.

Go to TOP