Təvəllüdü və uşaqlıq dövrü: Şiələrin böyük mərcəi-təqlidi həzrət Ayətullah-üzma Fazil Lənkəraninin (Allahın rəhməti ona olsun) övladı, cənab Hacı Şeyx Məhəmməd Cavad Fazil Lənkərani 1341-ci şəmsi ili rəcəb ayında imam Cavadın (ə) səadətli doğum gününün il dönümü ilə eyni zamanda müqəddəs Qum şəhərində dünyaya göz açır. Övladının təvəllüdündən qabaq atası yuxuda Allah-taalanın ona bir övlad hədiyyə etdiyini və bu övladın onun bədəninə birləşdiyini görür. O yuxunu övladının gələcəkdə oğlan olması və eyni zamanda ruhani olması ilə də əlaqələndirir.

Go to TOP